Vakansiya haqqında
Meyvə istehsalı və satışı sahəsində fəaliyyət göstərən “Şirin Aqro” MMC “ İnsan Resursları üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri:👩🏻💻• İşə qəbul prosesinin təşkil edilməsi;• ƏMAS sistemi üzrə əməliyyatların həyata keçirilməsi;• Əmək müqavilələri, əmrlər, arayışlar və digər kadr sənədlərinin hazırlanması;• İşçilərin şəxsi işlərinin formalaşdırılması və saxlanılması;• Məzuniyyət, ezamiyyət və davamiyyət uçotunun aparılması;• HR hesabatlarının hazırlanması;• Şirkətin struktur bölmələri ilə əlaqəli HR məsələlərinin koordinasiyası. Tələblər:🕵🏻♀️• İnsan Resursları sahəsində 1-2 il iş təcrübəsi;• Əmək qanunvericiliyi üzrə biliklər;• ƏMAS sistemində işləmək bacarığı;• MS Office proqramlarında işləmək bacarığı;• Ünsiyyət və təşkilatçılıq bacarıqları;• Məsuliyyətli və nəticəyönümlü yanaşma;• Müntəzəm ezamiyyətlərdə iştirak etmək imkanı. İş şərtləri:📑📌• İş qrafiki: 5 günlük• Əmək haqqı: Razılaşma yolu ilə• Nahar şirkət tərəfindən təmin edilir• Ünvan: Bakı şəhəri, Çinar plazaQeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə zulfiyya.asadli@shirinagro.az elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
