Vakansiya haqqında
TəsvirTəsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi;Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi;Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (ƏMAS portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;Sadə formada və xüsusi proqram (ZKTeco) vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi;Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması;Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi. TələblərAli təhsilİş təcrübəsi 1 ildən 3 ilə qədərMicrosoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləməkİş rejimi: 6 günHəftədə 40 saat İş yeri Beyləqan rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.İmtiyazlarKorporativ nömrəBilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;Mükafat
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
