Vakansiya haqqında
Şöbə: İnsan Resursları Ünvan: Bakı Şəhəri Vəzifə Öhdəlikləri:İşçilərin ixtisas və peşəkarlıq səviyyəsinin artırılması üzrə tədbirlər həyata keçirmək;Həmkarlarla sağlam əmək münasibətlərini qorumaq, əmək bərabərliyi prinsiplərinə riayət etmək;Müəssisənin ehtiyaclarına uyğun olaraq şöbədə baş verən dəyişikliklərə çevik reaksiya vermək;Verilən tapşırıqlara uyğun şəkildə əlavə vəzifələri icra etmək, lazım gəldikdə digər şöbələrə dəstək vermək və biznes ehtiyaclarına uyğun hərəkət etmək;İşə qəbul prosesini idarə etmək, seçim mərhələlərinə nəzarət etmək və proses boyu müvafiq şöbə rəhbərləri ilə əməkdaşlıq etmək.İşçilərin qanunvericilik və şirkət tələblərinə uyğun sənədlərini qəbul etmək və qeydiyyata almaq;Müəssisənin strukturunu formalaşdırmaq, daxili dəyişikliklər olduqda mütəmadi yeniləmək;ƏMAS və ERP sistemlərinə tələb olunan məlumatları düzgün şəkildə daxil etmək;İnsan Resursları Əməliyyatları şöbəsinin fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi və müvafiq dəstəyin göstərilməsi;Şirkət əməkdaşlarının davamiyyət cədvəllərinin və əməkhaqqı sənədlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və mütəmadi olaraq yenilənməsi prosesinə nəzarət edilməsi;Əməkdaşların illik məzuniyyətlərinin planlaşdırılması, növbəlilik cədvəllərinin tərtib olunması və onların icrasına nəzarət edilməsi;Əməkdaşlarla bağlı yaranan nizam-intizam məsələlərinin idarə olunması, müvafiq tədbirlərin görülməsi və zəruri sənədlərin hazırlanaraq təqdim edilməsi;Kargüzarlıq işlərinin təhlili və effektiv idarə olunması;İllik büdcə planlamasının hazırlanması və idarə olunması;İnsan resurslarının idarə edilməsi ilə bağlı analitik təhlillərin aparılması və rəhbərliyə əsaslandırılmış təkliflərin təqdim edilməsi;KPI qiymətləndirmə sistemlərinin tətbiqi və idarə olunması;Əməkdaşların fəaliyyətinə əsasən mükafatlandırma sistemlərinin formalaşdırılması və idarə edilməsi;Qiymətləndirmə meyarlarına uyğun olaraq vəzifələrin dəyərləndirilməsi və dərəcələrinin müəyyən edilməsi;Əməkdaşların motivasiyasını və peşəkar inkişafını dəstəkləyən layihə və tədbirlərin hazırlanması və həyata keçirilməsi;Korporativ mədəniyyət və dəyərlərin təşviqinə yönəlik tədbirlərin planlaşdırılması və icrası;İş-həyat balansını, karyera inkişafını və ümumi işçi məmnunluğunu artıracaq təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;Karyera planlamasıPerformans dəyərləndirməsiİnsan resursları fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi. Tələblər:Ali təhsil;Aidiyyatı sahə üzrə minimum 5 il təcrübə (3 il rəhbər vəzifə üzrə);Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri; MS Ofis proqramları üzrə yaxşı biliyə sahib olmaq;ERP proqram təcrübəsi;Azərbaycan dili – sərbəst;Rus və ya İngilis dili biliyinin olması arzuolunandırİşgüzar nitq və yazışma qabiliyyəti;İdarəçilik və təşkilatçılıq bacarıqları;Araşdırma,qərar vermə və təqdimat bacarıqları;Agentlik təcrübəsi arzuolunandırYüksək səviyədə kadr seçimiTapşırıqları vaxtında yerinə yetirmək vərdişiMüxtəlif formatlarda (Excel, Word, PowerPoint və s.) hesabat hazırlama təcrübəsi yüksək səviyyədə olmaldırFərdi keyfiyyət göstəriciləri:Diqqətlilik;İntizamlılıq;Yüksək kommunikasiya;Yenilikçi və proaktiv yanaşma;Komanda işi;Keyfiyyət yönümlülük;Məqsəd yönümlülük;Nəticə yönümlülük;Araşdırma, təhlil, müqayisə və qərar vermək;İş Şəraiti və Əmək Haqqı:Nahar şirkət tərəfindən təmin edilir;Sabit Əmək Haqqı: 2000-2700 Azn + (KPI əsaslı bonus və faizlər)Korporativ nömrə və danışıq paketi;Azərbaycan Respublikası əmək qanunverciliyinə uyğun iş şəraiti və qrafikiMüraciət forması:Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.CV göndərərkən, mövzu yerində “İnsan Resursları üzrə Menecer” qeyd edin. Vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
