Vakansiya haqqında
📍Mazarina Trade Company MMC İnsanlarla işləməyi, HR sahəsində inkişaf etməyi və dinamik iş mühitində təcrübə qazanmağı istəyirsinizsə, komandamıza qoşulmağınızı gözləyirik!Əsas vəzifə və öhdəliklər: İşə qəbul və seçim prosesinin təşkilində iştirak etmək; • Namizədlərin CV-lərini nəzərdən keçirmək və ilkin seçim aparmaq; • Müsahibələrin təşkili və namizədlərlə əlaqələndirməni həyata keçirmək; • İşə qəbul, işdən azad olunma və digər kadr prosesləri üzrə sənədləşməni aparmaq; • Əmək müqavilələri və kadr sənədlərinin hazırlanmasında iştirak etmək; • Əməkdaşların şəxsi işlərinin və HR məlumatlarının düzgün şəkildə aparılmasını təmin etmək; • ƏMAS və digər HR sistemlərində məlumatların işlənməsində iştirak etmək; • İşçilərin davamiyyət, məzuniyyət və digər HR məlumatlarını izləmək; • Əməkdaşların müraciətlərini qəbul etmək və HR məsələləri üzrə dəstək göstərmək; • Şirkətin daxili intizam və HR prosedurlarının icrasına dəstək olmaq.Vakansiya üzrə tələblər:• Müəyyən sahədə azı 6 ay təcrübə;• Bəy namizədlər;• ƏMAS platformasında sərbəst şəkildə istifadə etmə bacarığı; • İşgüzar və məsuliyyətli olmalı;• Problemləri həll etmə bacarığı; İş Şəraiti:• Əmək haqqı: Bazar rəqabətinə uyğun• İş qrafiki: 09:00–18:00• İstirahət günləri: Şənbə və Bazar• Ünvan: Yusif Vəzir Çəmənzəminli küç. 14Müraciət qaydası:Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini cv@mazarina.az e-mailinə mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə kiçik mütəxəssis" qeyd edərək göndərmələri xahiş edirəm.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
