Vakansiya haqqında
Vəzifə öhdəlikləri:Azərbaycan Respublikası Əmək Qanunvericiliyi və müvafiq qaydalar əsasında sənədləşmə işlərinin aparılması;Kadr hesabatlarının hazırlanması, işçi dövriyyəsinin səbəblərinin müəyyənləşdirilməsi və dövriyyənin azaldılması ilə bağlı tədbirlərin görülməsi;Kadr informasiya bazasının hazırlanması və dəyişikliklərin qeydiyyatının aparılması;Əmək qanunvericiliyinə və daxili qaydalara uyğun olaraq işə qəbul proseslərinin həyata keçirilməsi;Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət, məzuniyyətlərin uçotunun aparılması;İş vaxtı (gündüz və gecə növbələri üzrə) gündəlik və aylıq cədvəllərin hazırlanması;ƏMAS portalında işçilərin işə qəbulu və işdən azad edilməsinin rəsmiləşdirilməsi, əmək və xidməti müqavilələrin, ştat cədvəllərinin hazırlanması;Əməkhaqqı, məzuniyyət haqqı və digər ödənişlərin hesablanmasında iştirak.Tələblər:Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;Azərbaycan dili – yüksək səviyyədə;İngilis dili – mütləq (minimum B2 səviyyəsi);Rus dili – üstünlükdür.İş şəraiti:İş qrafiki: Həftədə 5 iş günüƏməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcəkMaraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
