Vakansiya haqqında
📍ATS Food TələblərVəzifə öhdəliyi:· Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;· Namizədlərin axtarışı və müsahibələrin keçirilməsi;· Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;· Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;· Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;· Mütəmadi olaraq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;· Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;· Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;· Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;· Əmək haqqı kartlarının sifariş edilməsi;· Aylıq müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi Namizədə tələblər: ● Təhsil: Ali təhsil (İqtisadi, İnsan Resurslarının idarə olunması üzrə)● İş təcrübəsi: Uyğun sahə üzrə ən azı 3 il təcrübə● Seritikat: İnsan Resursları sahəsində sertifikatlar arzuolunandır.● Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (Orta),● Digər səriştələr: MS Office proqramları üzrə biliklər (xüsusilə, excel çox yaxşı səviyyə). İş qrafiki:● 5 günlük qrafik ● İş saatı: 09:00-18:00Üstünlüklərimiz: ● Nahar ilə təmin edilmə● Servis ilə təmin edilmə● Könüllü tibbi sığorta ilə təmin edilmə● Telefon danışıq limiti● Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişiTələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları üzrə aparıcı mütəxəssis”başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
