Vakansiya haqqında
TəsvirExcel-də qabaqcıl analiz və avtomatlaşdırma (pivot cədvəllər, makro, mürəkkəb formullar) vasitəsilə hesabat proseslərinin optimallaşdırılması;Şöbələr üzrə rüblük iş yükü analizinin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;Gündəlik, həftəlik, aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması və təhlili;Ştat cədvəlləri ilə faktiki işçi sayının müqayisəsi, müvafiq hesabatların hazırlanması və yoxlamaların aparılması;İşçilərin iş vaxtının uçotunu əks etdirən tabel cədvəllərinin müntəzəm hazırlanması və aparılması;İnsan resursları ilə bağlı bütün növ məlumat və hesabatların təhlil edilməsi;Cəmiyyətin işçilərinin işə davamiyyətinin izlənməsi, qeydiyyatı və əlaqəli struktur rəhbərliyə davamiyyət hesabatlarının hazırlanması;İşçilərin məzuniyyət hüququnun hesablanması, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin izlənməsi və nəzarətin həyata keçirilməsi;Məzuniyyət cədvəllərinin hazırlanması, şöbələr üzrə məzuniyyət planlaşdırmasının koordinasiyası və pozuntuların rəhbərliyə çatdırılması;Məlumat və hesabatlardakı boşluqların, uyğunsuzluqların aşkarlanması, düzəlişlərin tətbiqi və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsi;İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatlarının hazırlanması;Rəhbərlik qərarlarının məlumat əsaslı (data-driven) şəkildə dəstəklənməsi məqsədilə analitik hesabat və təqdimatların hazırlanması;Mövcud daxili HR məlumatlarının xarici statistik göstəricilər və sənaye meyarları ilə müqayisəli analizinin aparılması. TələblərYalnız bəy namizədlərAli təhsil ( Biznesin idarə edilməsi, iqtisadiyyat və ya riyaziyyat sahəsi üzrə);İş təcrübəsi Müvafiq sahə üzrə 2 ildən az olmayaraq əmək stajı (İR data analitikasında təcrübəyə malik);Yüksək səviyyədə MS Office bilikləri (Excel yüksək səviyyədə);Süni intellekt (Aİ tools) və digər qabaqcıl sistemlərdən istifadə etmə;1C 8.3 ERP proqram təminatında işləmək;ƏMAS portalında işləmək;Əmək qanunvericiliyi üzrə nəzəri biliklər;Analitik düşünmə bacarığı;Komandada işləmə bacarığı;Planlaşdırma və problem həll etmə bacarığı;Yaş: 25-35 (ezamiyyətlərə açıq kişi namizədlərə üstünlük verilir);İş rejimi: 5 günHəftədə 40 saatİstirahət günləri: şənbə və bazar
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
