Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

İnsan Resursları şöbəsinin müdiri

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍Khazar University Dunya IB SchoolNamizədə tələblər:Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat, İnsan Resurslarının İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;Azərbaycan Respublikasının əmək qanunvericiliyini yüksək səviyyədə bilmək və praktiki tətbiq təcrübəsinə malik olmaq;İnsan Resursları sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;HR/İR idarəetmə sistemləri və müvafiq proqram təminatları ilə işləmək bacarığı;SHRM-CP, SHRM-SCP, HRCI, CIPD və ya digər beynəlxalq HR sertifikatlarının olması üstünlükdür;Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür;Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq bacarıqları;Yüksək ünsiyyət, problem həll etmə və qərarvermə bacarıqları;Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı.Əsas vəzifə və öhdəliklər:Təşkilatın məqsəd və prioritetlərinə uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;İR sahəsi üzrə daxili prosedur, qayda və iş proseslərinin hazırlanması, təkmilləşdirilməsi və icrasına nəzarət;Əmək münasibətləri və işçi heyəti ilə bağlı sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və təşkilatın daxili qaydalarına uyğun aparılmasının təmin edilməsi;İşə qəbul, əmək müqavilələrinin rəsmiləşdirilməsi və xitamı, məzuniyyətlər, intizam tədbirləri və digər HR proseslərinin düzgün təşkilinə və icrasına nəzarət;İnsan Resursları şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyası və komandanın işinin effektiv təşkili;Əmək intizamı ilə bağlı məsələlərin araşdırılmasında iştirak, zəruri izahat, akt və digər sənədlərin hazırlanması prosesinin koordinasiyası;İşçilərin peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, təlim və inkişaf tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;İşçi məlumatlarının və HR sənədlərinin düzgün, sistemli və məxfi şəkildə idarə olunmasının təmin edilməsi;Sənəd və elektron sənəd dövriyyəsinin qüvvədə olan qanunvericiliyə və daxili prosedurlara uyğun təşkilinə nəzarət;İnsan Resursları fəaliyyəti üzrə müvafiq hesabatların, o cümlədən aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;HR proseslərinin effektivliyinin artırılması istiqamətində təkliflərin hazırlanması və müvafiq təkmilləşdirmələrin həyata keçirilməsi.Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;Göstərilən tələblərə uyğun namizədlər öz CV-i emailin mövzu hissəsinə mütləq “İnsan Resursları şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.