Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

İnsan Resursları şöbəsinin meneceri

BakıMənbə: Work.az

Vakansiya haqqında

İş yeri: Green City Resort Residence, Bakı şəhəri, Səbail rayonu (Şıxov) Müraciət ünvanı: vacancy@greencity.azƏlaqə nömrəsi: 010 334 17 47 İş qrafiki: 09:00 – 18:00 Əmək münasibətləri: Rəsmi əmək müqaviləsi Əmək haqqı: Razılaşma yolu ilə (təcrübə və biliklərə əsasən)Əsas vəzifə öhdəlikləri: •Şirkət üzrə İnsan Resursları strategiyasının hazırlanması, tətbiqi və inkişaf etdirilməsi; •Əmək haqqının hesablanması sisteminin qurulması və idarə olunması (vəzifə maaşları, əlavələr, bonuslar və s.); •Şirkətin strukturunun formalaşdırılması, vəzifə bölgüsünün və idarəetmə mexanizmlərinin qurulması; •İşə qəbul prosesinin strukturlaşdırılması (vakansiya tələbi, müsahibə, seçim, təklif və işə qəbul mərhələləri); •Kadr tələbatının planlaşdırılması, vakansiyaların yerləşdirilməsi və namizədlərin seçilməsi; •İşə qəbul olunmuş əməkdaşlar üçün adaptasiya və oriyentasiya proqramlarının hazırlanması və icrası; •İşçilərin təlim, inkişaf və motivasiya ehtiyaclarının müəyyən edilməsi, təlimlərin təşkili; •Rəsmi tabel (iş vaxtının uçotu) sisteminin aparılması və nəzarəti; •Əmək fəaliyyətinin qiymətləndirilməsi (KPI, performans sistemi) mexanizminin yaradılması və tətbiqi; •İşçilərin şəxsi işlərinin formalaşdırılması və düzgün aparılması; •Əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması və ƏMAS-a daxil edilməsi; •İşə qəbul, işdən azad etmə, məzuniyyət, ezamiyyə və digər əmrlərin hazırlanması; •Məzuniyyət qrafiklərinin tərtibi və icrasına nəzarət; •İcbari sığorta proseslərinin icrası; •Əmək qanunvericiliyinə uyğun sənədləşmə prosesinə nəzarət; •İşçilərin davamiyyət uçotunun aparılması və aylıq hesabatların hazırlanması; •İşçi axıcılığının səbəblərinin təhlili və azaldılması üçün tədbirlərin görülməsi; •İnsan Resursları departamenti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması; •Dövlət qurumlarına təqdim edilən hesabatların hazırlanması; •Korporativ etika və daxili qaydaların qorunmasına nəzarət; •Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.Namizədə tələblər: •AR Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; •İnsan resurslarının idarə olunması sahəsində dərin bilik və praktik təcrübə; •Əmək haqqı, tabel və kadr uçotu üzrə real iş təcrübəsi; •Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı; •ERP sistemləri və MS Office proqramlarını sərbəst bilməli; •Ali təhsil (menecment, insan resursları, hüquq, psixologiya, iqtisadiyyat və ya mühasibatlıq); •İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi; •Rus dili biliyi arzuolunandır; •Yaş həddi: 27–50; •Analitik düşüncə, məsuliyyət, liderlik və güclü təşkilatçılıq bacarığı.👉 Tələblərə cavab verən namizədlərdən CV-lərini Word və ya PDF formatında, mövzu hissəsində“İnsan Resursları şöbəsinin meneceri” qeyd etməklə vacancy@greencity.az 📩 ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.