Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

İnsan Resursları sektorunun müdiri (Qarabağ)

XankəndiMənbə: Work.az

Vakansiya haqqında

🇦🇿 Qarabağ Universiteti vakant olan “İnsan resursları sektorunun müdiri” vəzifəsi üzrə işə qəbul elan edir.🎯 İşin təsviri:✅ Universitetin insan resurslarına dair strategiyalarının, siyasət və prosedurlarının hazırlaması və tətbiq edlməsi;✅ İnsan resursları üzrə ehtiyacların proqnozlaşdırılması və struktura dair təkliflərin hazırlanmasında iştirak edilməsi;✅ İşçilərlə əmək münasibətlərinin əmək qanunvericiliyinə uyğun tənzimlənməsinin, bu məqsədlə müvafiq sənədləşmələrin aparılmasının təmin edilməsi;✅ Kadrların peşəkar inkişafı məqsədilə təlim və inkişaf proqramlarının təşkili;✅ Sektorun fəaliyyət istiqamətləri üzrə hesabat, təqdimat, arayış və digər sənədlərin hazırlanması.🎯 Tələblər:✅ Ali təhsil;✅ İnsan resursları sahəsində minimum 3 il, rəhbər vəzifələrdə minimum 2 il təcrübə (sözügedən təcrübələrin ali təhsil müəssisələrində olması üstünlükdür);✅ Yüksək yazılı və şifahi nitq mədəniyyəti;✅ Liderlik, idarəetmə, qərar qəbuletmə, problem həlletmə, tədqiqat və analitik təhlil bacarıqları;✅ “Elektron hökumət” portalı, “Əmək və məşğulluq” altsistemi (ƏMAS); Elektron Sənəd Dövriyyəsi, rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarığı.🎯 Tələb olunan sənədlər:✅ tərcümeyi-hal;✅ CV;✅ ali təhsili təsdiq edən sənədlərin surəti;✅ Azərbaycan dilində müşayiətedici məktub (motivasiya, sektorun fəaliyyəti ilə bağlı baxış – maksimum 500 söz).✅ Rəqabətədavamlı əməkhaqqı təklif olunur.📌 Qeyd 1: Universitetdə işləyən əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunur.📌 Qeyd 2: Müraciət üçün son tarix: 29 avqust 2025💌 Məktubun mövzu hissəsində “İnsan resursları sektorunun müdiri” yazılmaqla, tələb olunan sənədlər hr@karabakh.edu.az elektron poçt ünvanına göndərilməlidir. Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərləəlaqəsaxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.