Vakansiya haqqında
“ AZERA Holding ” peşəkar komandasına İnsan Resursları Departamentinin direktorunun müavini vəzifəsi üzrə təcrübəli və peşəkar namizədləri dəvət edir.Əsas vəzifə öhdəlikləri• İnsan Resursları Departamentinin fəaliyyətinin təşkili və departamenti aidiyyəti məsələlər üzrə təmsil etmək;• İnsan resurslarının idarə edilməsi üzrə strategiya, prosedur və proseslərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;• Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün təşkilinə nəzarət etmək;• İşçi ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul prosesinin koordinasiyasını həyata keçirmək;• Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin qanunvericiliyə uyğun hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək;• Elektron hökumət və müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında icrasını təmin etmək;• Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin hazırlanması və tətbiqində iştirak etmək;• Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim matrisinin hazırlanmasını və icrasını təşkil etmək;• Təşkilati strukturun, vəzifə təlimatlarının və optimal işçi sayının müəyyənləşdirilməsi üzrə işləri koordinasiya etmək;• Kadr bazasının formalaşdırılması, əməkdaş məlumatlarının idarə olunması və məxfilik rejiminin təmin edilməsinə nəzarət etmək;• Əmək mübahisələrinin qanunvericiliyə uyğun həllində iştirak etmək və zəruri tədbirlərin görülməsini təmin etmək;• Attestasiya və digər HR qiymətləndirmə proseslərinin təşkilini və icrasını koordinasiya etmək;• Departamentin fəaliyyəti üzrə dövri və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;• İnsan resursları sahəsində proseslərin effektivliyinin artırılması və yeni HR təşəbbüslərinin tətbiqi üzrə təkliflər hazırlamaq.Vəzifəyə dair tələblər• Ali təhsil (insan resursların idarəedilməsi, hüquq, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslar);• İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi;• Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə yaxşı bilik;• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;• İngilis dili – B2, Rus dili – B2 arzuolunandır;• HR strategiyası, kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi, təlim və əmək münasibətləri üzrə praktiki təcrübə.• Liderlik və komanda idarəetmə bacarığı;• Kommunikasiya, təqdimetmə, təşəbbüskarlıq və təşkilatçılıq bacarığı;• Analitik təhlil və problem həll etmə bacarığı;• Dinamik və yüksək iş tempinə uyğunlaşma bacarığı.İş qrafiki• Həftə içi 5 gün saat 09:00 – 18:00-dəkAZERA Holding ailəsinin bir parçası olmaq və peşəkar komandanın inkişafına töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan Resursları Departamentinin direktorunun müavini” qeyd etməklə hr@azeraholding.az elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
