Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)

İnsan Kapitalı üzrə baş mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

TəsvirAgentliyin strateji məqsəd və prioritetlərinə uyğun performans idarəetmə çərçivəsinin qurulması, təkmilləşdirilməsi və davamlı şəkildə optimallaşdırılması;Performans planlaması, qiymətləndirmə və yekun rəy prosesləri də daxil olmaqla, illik performans dövrlərinin strukturlaşdırılması və idarə edilməsi;Strukturlar üzrə fərdi və komanda səviyyəsində hədəflərin (KPI) müəyyən olunması və təsdiqlənməsi prosesinə koordinasiya dəstəyi göstərilməsi;Məqsədlərin təşkilatın ümumi strategiyasına uyğunluğunun təmin edilməsi;Performans göstəricilərinə dair rüblük və illik analitik hesabatların hazırlanması, məlumatların təhlili və qərarvermə proseslərini dəstəkləyən çıxarışların təqdim olunması;Performansın idarə edilməsi proseslərinin rəqəmsal platformalar üzərindən (HRM sistemi və ya digər proqram təminatları vasitəsilə) səmərəli icrasının təmin olunması;Rəhbərlik və əməkdaşlar arasında rüblük əks əlaqə (feedback) sessiyalarının təşkili və fasilitasiya edilməsi;Toplanan rəy və nəticələrin təhlili, konsolidasiyası və rəhbərliyə strukturlaşdırılmış şəkildə təqdim olunması;Performans nəticələrinin təhlili əsasında fərdi inkişaf planlarının formalaşdırılmasına dəstək göstərmək;Təşkilat daxilində rəhbərlərə və struktur rəhbərlərinə performans idarəetməsi üzrə ekspert məsləhət dəstəyi göstərmək;Qiymətləndirmə prosesində proseduru rəhbər tutaraq obyektivlik və ədalətlilik prinsipinin qorunmasına nəzarət etmək;Performansın idarə edilməsi üzrə müasir tendensiyaları, beynəlxalq standartları və qabaqcıl təcrübələri izləmək;Mövcud sistem və yanaşmaların təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması və tətbiqinin təşəbbüsü; Tələblərİnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi. Magistr dərəcəsi üstünlükdür;Performansın idarə edilməsi, insan resurslarının inkişafı və strateji İR layihələrində minimum 3 il müvafiq iş təcrübəsi;Performansın idarə edilməsi konsepsiyaları, metodologiyaları və ən yaxşı təcrübələr haqqında güclü anlayış;Performans idarəetmə çərçivələri, KPI və scorecard modellərinin hazırlanması və tətbiqi üzrə dərin biliklər;Performans modullarından istifadə təcrübəsi (məsələn, SAP SuccessFactors, Oracle, INCORE HRM və s.);Analitik düşüncə və məlumatların təhlili bacarığı (Excel, Power BI və ya digər analitik alətlər üzrə bilik üstünlükdür);Bütün struktur və rəhbərlik səviyyələri ilə səmərəli əməkdaşlıq qurmaq və idarəetməyə məsləhətçi rolunda çıxış etmək bacarığı;Yüksək təqdimat bacarığı və məlumatı aydın, məntiqli və təsirli şəkildə çatdırmaq qabiliyyəti;Agile, OKR, Balanced Scorecard və ya digər performans yanaşmalarına dair bilik və ya təcrübə əlavə dəyər hesab olunur;Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı (İngilis və rus dili əlavə üstünlükdür)Performansın idarə edilməsi və ya əlaqəli sahələrdə peşəkar sertifikatlar üstünlükdür;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.