Vakansiya haqqında
TəsvirDövlət qurumlarının istifadə etməli olduqları avadanlıq və proqram təminatına dair texniki uyğunluğunun müəyyənləşdirilməsi;İnformasiya sistemlərinin texniki səmərəlilik qiymətləndirməsi və təhlili;Rəqəmsal Hökumət Arxitekturasın formalaşdırılması;Dövlət qurumlarının Rəqəmsallaşma üzrə Diaqnostikasının həyata keçirilməsi;İnformasiya sistemlərinin qiymətləndirilməsi proseslərini həyata keçirilməsi;Rəqəmsal İnkişaf qiymətləndirməsi çərçivəsində sistemlərin analizi;Qiymətləndirmə nəticələri üzrə tövsiyələrin hazırlanması;Rəqəmsallaşma üzrə Yol Xəritələrinin formalaşdırılması və icrasında iştirak;Rəqəmsal İnkişaf Konsepsiyasından irəli gələn digər tədbirlərin icrası;Digər dövlət qurumlarına metodoloji və əməli dəstək.Tələblərİnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr üstünlükdür);İT infrastrukturası layihələndirməsi və idarə edilməsi sahəsində minimum 5+ il iş təcrübəsi;Bulud və şəbəkə texnologiyaları sahəsində dərin biliklər (AWS, Azure, Google Cloud Platform);Virtualizasiya platformaları (VMware, Hyper-V) ilə geniş təcrübə;Server, yaddaş və şəbəkə həlləri üzrə güclü texniki biliklər;İnfrastruktur avtomatlaşdırma alətləri (Terraform, Ansible, Chef, Puppet) üzrə təcrübə;Konteyner texnologiyaları (Docker, Kubernetes) ilə iş təcrübəsi;Təhlükəsizlik və risk idarəetməsi sahəsində güclü anlayış;Monitorinq sistemləri (Nagios, Prometheus, Grafana, ELK Stack) üzrə təcrübə;DevOps prinsipləri və CI/CD prosesləri ilə tanışlıq;İnfrastruktur problemlərinin həlli üçün güclü analitik və problemlərin həlli bacarıqları;Dövlət qurumları və İT təhlükəsizlik standartları ilə iş təcrübəsi üstünlükdür;Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);Komanda ilə əməkdaşlıq və effektiv ünsiyyət bacarıqları;Sertifikatlar (arzuolunan):AWS Certified Solutions Architect, Microsoft Certified: Azure Solutions Architect və ya Google Professional Cloud Architect;VMware Certified Professional (VCP) və ya VMware Certified Advanced Professional (VCAP);ITIL sertifikatı;Kubernetes sertifikatları (CKA, CKAD, CKS).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
