Vakansiya haqqında
📍Invest AZ QSCƏsas vəzifələr:Şirkətin İT və fiziki təhlükəsizlik sistemlərinin idarə olunması və monitorinqinin aparılması;Təhlükəsizlik siyasətləri və prosedurlarının hazırlanması və tətbiqi;Məlumatların qorunmasının təmin olunması və kibertəhlükəsizlik risklərinin idarə olunması;Şəbəkə və sistem təhlükəsizliyinə nəzarət edilməsi;Təhlükəsizlik insidentlərinin təhlili və operativ cavab tədbirlərinin həyata keçirilməsi;Rəhbərliyə təhlükəsizliklə bağlı mütəmadi hesabatların təqdim olunması.Namizədə tələblər:İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və ya müvafiq sahə üzrə ali təhsil;İT və informasiya təhlükəsizliyi sahəsində ən azı 2 il iş təcrübəsi;Şəbəkə təhlükəsizliyi, firewall-lar və antivirus sistemləri barədə biliklər;Azərbaycan dili və ingilis dilində sərbəst danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);Analitik düşüncə və problem həll etmə bacarığı;Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi.Təklif edirik:İş saatları: 09:00 - 18:00;İstirahət günləri: Şənbə və Bazar;Nahar: Şirkət tərəfindən təmin olunur;Tibbi sığorta: Təmin edilir.Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
