Vakansiya haqqında
📍“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentində Təcrübə proqramını elan edir.Təsvir· Öz sahəsinin peşəkarları ilə birlikdə təcrübə keçmək;· Real iş mühiti ilə tanış olmaq;· Uğurlu karyera başlanğıcı üçün vacib sayılan fərdi və peşəkar bacarıqları inkişaf etdirmək imkanı;· Bank sektorunda karyera qurmaq təşəbbüslərini reallaşdırmaq imkanı;· “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı. Tələblər· Ali təhsil (İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi istiqamətləri üzrə təhsil üstünlükdür);· 4-cü kurs tələbələri və ya yeni məzunlar müraciət edə bilər;· Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı səviyyədə arzuolunandır);· Analitik düşüncə qabiliyyəti;· Məsuliyyətlilik, operativlik, dəqiqlik;· Fikrini aydın, dolğun və inamla ifadə etmək bacarığı;· Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;· Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
