Vakansiya haqqında
TəsvirBrendin hədəf auditoriyasına uyğun mikro, makro və mega influencerlərin araşdırılması və siyahıya alınması;Sosial media platformalarında (Instagram, TikTok, YouTube və s.) trendlərin izlənməsi və yeni simaların müəyyənləşdirilməsi;Influencerlərlə ilkin əlaqənin qurulması, əməkdaşlıq şərtlərinin təqdim olunması və razılaşdırılması;Davamlı və peşəkar münasibətlərin qurulması, uzunmüddətli əməkdaşlıqların təşviqi;Influencerlərin paylaşdığı məzmunların brendin imicinə və mesajına uyğunluğunun yoxlanılması;Əlaqədar qaydaların və reklam etikası prinsiplərinin qorunmasına nəzarət edilməsi;Brend kampaniyalarına uyğun olaraq influencerlərlə strategiyanın hazırlanması;Məzmun planının hazırlanması və təsdiqi (vizual və tekst);Kampaniyanın icrasına nəzarət edilməsi və keyfiyyətə zəmanət verilməsi;Kampaniya sonrası statistik məlumatların toplanması (reach, engagement, view, klik sayı, satışa təsir və s.);Effektivlik analizləri və ROI hesabatlarının hazırlanması;Büdcənin planlaşdırılması və idarə edilməsi;Influencer əməkdaşlıqları üçün ayrılmış büdcənin səmərəli idarə olunması;Ödəniş müqavilələrinin hazırlanması və icrasına nəzarət edilməsi;Daxili marketinq komandası, kreativ komanda və ya müştəri ilə koordinasiyalı şəkildə işləməsi.TələblərAli təhsil (Marketinq, PR, Jurnalistika, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);Influencer marketinq sahəsində 1–3 il iş təcrübəsi;Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, ingilis və rus dili biliyi arzuolunandır;Instagram, TikTok, YouTube və digər sosial media platformaları, onların alqoritmləri və trendləri üzrə yaxşı bilik;Influencerlərin araşdırılması, seçilməsi və müxtəlif influencerlərlə paralel işləmə bacarığı;Influencerlərlə və brendlərlə etik, peşəkar ünsiyyət və danışıqlar aparmaq bacarığı;Kontent planlaşdırma, sosial media strategiyası və brend tonuna uyğun ssenari hazırlama üzrə baza biliklər;Influencer kontentinin çəkiliş prosesinin koordinasiyası və nəzarəti;Brif və e-mail hazırlamaq, yazılı və şifahi kommunikasiya bacarığı;Google Sheets/Excel, Outlook və Meta Business Suite proqramlarından istifadə bacarığı;Analitik düşüncə, rəqəmlərlə işləmə, kampaniya nəticələrini ölçmə və hesabat hazırlama bacarığı;Layihələrin və tapşırıqların sistemli idarə edilməsi, vaxtın planlaşdırılması və prioritetləşdirilməsi bacarığı;Yüksək vizual zövq, kontent estetikası və detallara diqqət;Kreativ və innovativ düşüncə, təşəbbüskarlıq və sosial trendləri tez mənimsəmə bacarığı;Müstəqil işləmə və komanda ilə koordinasiyalı əməkdaşlıq bacarığı;Nəticəyönümlü yanaşma, məsuliyyətlilik və stressə davamlılıq;Dəyişkən qrafikə, qısa müddətli tapşırıqlara və eyni anda bir neçə layihənin idarə edilməsinə uyğunlaşma bacarığı;Digital Marketing və ya Social Media üzrə əlavə sertifikatların olması üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
