Vakansiya haqqında
📍Azərbaycan Sənaye Sığorta ASCVəzifə öhdəlikləri:Sığorta hadisəsi hesab edilən hallar üzrə məlumatları sistemə daxil etmək və müvafiq işləri icra etmək (yük sığortası istisna olmaqla);Sığorta işi üzrə ödəmə qərarı verildikdən sonra sənədləri toplayaraq Müştəri Xidmətləri şöbəsinə təhvil vermək;İl ərzində həyata keçirilən sığorta ödənişi aktlarının təqibi üzrə cədvəl hazırlamaq və rəhbərliyə təqdim etmək;Bütün sığorta növləri üzrə rəhbərliyin tələb etdiyi hesabatların hazırlanmasında və müqayisəli təhlilin aparılmasında iştirak etmək;Hər bir iş üzrə digər şöbələrdən sənədlərin təhvil-təslimini həyata keçirmək, onların yoxlanılması, təqibi, nəzarəti və uçotunu aparmaq;Müvafiq sənədlərin arxivləşdirilməsini təmin etmək;Sənədləri qaydaya salmaq və çatışmazlıqlar aşkar edildikdə onların aradan qaldırılmasını təmin etmək;Ehtiyac yarandıqda hadisə yerinə baxış keçirmək və hadisəni araşdırmaq.Tələblər:Ali təhsil;Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;Sığorta qanunvericiliyi üzrə biliklər;Yol hərəkəti qaydalarını bilmək;Analiz və qiymətləndirmə bacarıqları;Kommersiya və sığorta sirrini qoruma bacarığı.Biz nə təklif edirik:İş yeri: Bakı şəhəri, Gümüş Plazaİş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00Nahar: Şirkət tərəfindən təmin olunur.Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " İddiaların tənzimlənməsi üzrə kiçik mütəxəssis – 30261 " qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
