Vakansiya haqqında
TəsvirŞirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq;PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək;Şirkətin imicini qorumaq və gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirmək;Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək;Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək;Media tərəfindən yayımlanan məlumatların monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək;Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını hazırlamaq;Korporativ tədbirlər təşkil edərək əməkdaşların şirkət barədə məlumatlılığını artırmaq;Şirkət məhsulları və xidmətləri üçün PR kampaniyalarını planlaşdırmaq və idarə etmək;Sosial məsuliyyət layihələrini həyata keçirmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək;Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək;Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və həll yollarını hazırlamaq;Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyası təmin etmək;PR kampaniyalarının təsirini ölçmək və nəticələri təhlil etmək;Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq;PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq;Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək. Tələblər İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil;PR və kommunikasiya sahəsində 5 illik iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);PR alətləri və texnologiyaları üzrə bilik;Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə;Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə;Dil Bilikləri: Azərbaycan dili (ana dili),İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür). Şəxsi Keyfiyyətlər: Güclü liderlik və idarəetmə bacarığı;Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi);Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti;Strateji və analitik düşüncə tərzi. İş şəraiti: İş yeri: Luxen Plaza;İş qrafiki: 5 günlük;İstirahət: Şənbə və bazar günü;Korporativ nömrə; Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
