Vakansiya haqqında
TəsvirBorclulara qarşı məhkəmə iddialarının qaldırılmasında və qanunun tələblərinə əsasən borcların alınmasında birbaşa iştirak edilməsi;Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;Məhkəmə qərarlarının vaxtında alınması və aidiyyatı üzrə təqdim edilməsi;Mübahisə tərəfləri ilə əlaqələrin yaradılması və danışıqların aparılması;Müvafiq məlumat bazasının yaradılması;Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması. İş şəraiti:İş günləri: I-VI günlər;Rəqabət qabiliyyətli əmək haqqı. TələblərAli təhsil (hüquq təhsili olması üstünlükdür);Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;Məsuliyyətlilik, aktivlik və çeviklik;Məqsədyönlülük, komandada işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
