Vakansiya haqqında
📍Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Vəzifə öhdəlikləri:Şuşa şəhərinin ərazisində yerləşən və İdarənin balansına verilmiş dövlət mülkiyyətində olan abidələrin (dünya əhəmiyyətli abidələr istisna olmaqla), tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin təyinatları üzrə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə onların icarəyə verilməsini həyata keçirmək; İcarəçilərlə icarə şərtlərini müzakirə etmək və icarə müqavilələrini hazırlamaq;Müvafiq fəaliyyət üzrə debitor borclara nəzarət etmək;Abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə abidələrin qorunmasına dair mühafizə müqavilələri bağlanılması prosesində Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsinin mütəxəssisləri ilə birlikdə iştirak etmək;İcarə obyektini tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etmək;İcarə obyekti təhvil verildiyi zaman icarə obyektinin bütün çatışmazlıqları barədə icarəçini xəbərdar etmək;İcarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar icarəçi ilə təhvil-təslim aktı imzamaq; Rübdə bir dəfə icarə obyektinin istismar vəziyyətinin icarə müqaviləsinin şərtlərinə və tələblərinə uyğun olmasını yoxlamaq;Mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsi tərəfindən abidələrdə keçirilən monitorinq prosesində iştirak etmək;Əmlakın idarə olunması və istifadəsinə dair məlumat bazasının (reyestrinin) yenilənməsini təmin etmək;Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;Rəhbərliyin tapşırığı ilə öz ixtisası çərçivəsində digər işləri yerinə yetirmək.Vəzifəyə dair tələblər:Təhsil: Ali təhsil (humanitar ixtisaslar üzrə) (hüquq təhsili olanlara üstünlük veriləcək)Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemindən istifadəni bilməlidir;Azərbaycan Respublikasının Mülki Məcəlləsi və icarə haqqında qanunvericilik üzrə biliklərə malik olmalıdır;Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;Məsuliyyətli və dəqiq olmalı;Detallara diqqət yetirməyi bacarmalı:Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;Kompüter bilikləri üzrə: MS Office proqramları:İş təcrübəsi: uyğun sahədə 1 il iş təcrübəsi.Namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
