Vakansiya haqqında
Təsvir"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Səni hansı missiya gözləyir? Şirkətə hüquqi dəstək göstərmək və hüquqi sənədləri hazırlamaq.Dövlət orqanlarında şirkəti təmsil etmək və onların sorğularını cavablandırmaq.Şirkətin və filialların hüquqi mübahisələrini həll etmək, məhkəmələrdə və digər qurumlarda şirkətin maraqlarını müdafiə etmək.Rabitə xətləri və avadanlıqlarının zədələnməsi hallarında hüquqi tədbirlər görmək və zərərin ödənilməsini təmin etmək.Xidmətlərin icrası ilə bağlı yaranan hüquqi məsələləri həll etmək.İnzibati və cinayət işlərində şirkəti təmsil etmək.Daxili sənədlərə hüquqi rəy vermək və onların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq.Rəhbərliyin hüquqi tapşırıqlarını icra etmək.TələblərSəndən gözlədiklərimiz: Ali hüquq təhsili.Hüquq sahəsində ən azı 2 il iş təcrübəsi.Məhkəmə və icra orqanları ilə işləmək təcrübəsi.Normativ-hüquqi aktlarla işləmə bacarığı.Şirkətdaxili və korporativ sənədlərlə işləmək təcrübəsi.Müqavilələrin hazırlanması və hüquqi rəylərin verilməsi bacarığı.Hüquqi yazışma və nitq qabiliyyəti.Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini bilmək arzuolunandır.Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
