Vakansiya haqqında
Azermash komandamıza məsuliyyətli, diqqətli və inkişaf etməyə həvəsli Hüquqşünas köməkçisi axtarılır. Vəzifə öhdəlikləri:İddia ərizələrinin hazırlanması; Xəbərdarlıq məktublarının və digər hüquqi sənədlərin tərtib edilməsi; Rəsmi yazışmaların hazırlanması və aidiyyəti qurumlara göndərilməsi; Hüquqi sənədlərin hazırlanmasında və sənəd dövriyyəsində dəstəyin göstərilməsi; Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqların vaxtında və keyfiyyətlə icrası. Namizədə tələblər:Hüquq ixtisası üzrə ali təhsil (və ya son kurs tələbəsi); Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, diqqətli və stressə davamlı olmaq; Komandada işləmək bacarığı. Biz təklif edirik:Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera imkanları; Stabil iş mühiti və mehriban kollektiv; Əmək haqqı müsahibə əsasında müəyyən edilir.İş qrafiki:6 günlük iş rejimi İş yeri: Xarici dairəvi yol 4.Cins: Qadın və kişi namizədlər müraciət edə bilər.Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunanelektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
