Vakansiya haqqında
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!Səni hansi missiya gözləyir:Şirkətin fəaliyyəti prosesində qarşıya çıxan telekommunikasiya, mülki, maliyyə, vergi, audit, gömrük, sığorta, əmək, satınalma, inzibati, təhlükəsizlik, həmçinin rəhbərliyin tapşırığı ilə digər məsələlərə dair hüquqi dəstək, yazılı və şifahi məsləhətlərin verilməsi, sorğuların cavablanması, arayışlar və rəylərin hazırlanmasıCəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməkQüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla bütün növ müqavilələrin / onlara əlavələrin tərtib etmək, Müqavilələrin / onlara əlavələrinin hüquqşünas kimi yoxlamaq və rəy verməkSəlahiyyətinə aid sahə üzrə dövlət, məhkəmə və icra orqanlarında, 3-cü şəxslər qarşısında təmsil etmək, şirkətin maraqlarının müdafisəi üçün zəruri sənədləri hazırlamaqHüquqi rəy üçün daxil olan daxili normativ sənəd layihələrinə rəy verməkİcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirməkİdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etməkCəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etməkCəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərməkMüraciət və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasına hüquqi dəstək vermək, hüquqi əhəmiyyətli yazışmaları icra etməkCavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatları hazırlamaq.Səndən gözlədiklərimiz:Təhsil: Ali Təhsil (Hüquq fakultəsi, Hüquqşünas)Təcrübə: Korporativ (kommersiya) hüquq sahəsində ən az 1-3 il iş təcrübəsi. Telekomunikasiya və müqavilə hüququ sahəsində, həmçinin normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi üstünlükdürDil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı. İnglis və rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı üstülükdürHüquqi nitq və yazışma qabiliyyətiMS Office kompüter proqramlaından sərbəst istifadə etmək bacarığıYüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmaqİşgüzar, təşəbbüsçü və məsuliyyətli olmaq.Vakansiya növü - Tam ştatMaraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
