Vakansiya haqqında
Legalize Hüquq Şirkəti “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.Vəzifə öhdəlikləri:Hüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması;Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin yazılması;Fiziki və hüquqi şəxslərdən, habelə dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılması;Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi;İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması;Vəzifə öhdəliklərindən irəli gələn digər hüquqi tapşırıqların icrası.Tələblər:Hüquq üzrə ali təhsil; Kişi namizədlər üçün - hərbi xidmət keçmiş olması;Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində, ingilis dili (mütləq) – şifahi ünsiyyət və hüquqi yazı bacarığı, rus dili biliyi üstünlükdür;Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;Effektiv ünsiyyət bacarığı;Komandada işləmək bacarığı;Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq;2 il iş təcrübəsi.İş şəraitiİş vaxtı: 5 günlük.İstirahət günü: şənbə, bazar.Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində təyin ediləcəkdir.Əlaqə: Müraciət üçün CV-nizi (mövzu hissəsində “Hüquqşünas” yazaraq) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
