Vakansiya haqqında
TəsvirDövlət nəzarət orqanlarında, məhkəmələrdə və hüquqi və fiziki şəxslər qarşısında Şirkəti təmsil etmək;Dövlət və kommersiya qurumlarına ünvanlanacaq məktub, ərizə və şikayətlərin hazırlanması və Şirkətə daxil olan məktub, ərizə və şikayətlərə cavabların hazırlanması və aidiyyəti üzrə göndərilməsinin təşkili;Müxtəlif hüquqi məsələlərə dair rəylərin, etibarnamələrin və digər sənədlərin hazırlanması, yazılı və şifahi məsləhətlərin verilməsi,Müxtəlif növ icazə sənədlərinin alınması üçün məktub, ərizə, arayış və digər sənədlərin hazırlanmasını təmin etmək;Müxtəlif növ müqavilələrin (alğı-satqı, podrat, icarə, xidmət və s.) hazırlanması, müqavilələrin qanunvericiliyə və Şirkətin maraqlarına və mənafeyinə uyğunluğunun yoxlanılması, müqavilələrə zəruri olan əlavə və dəyişikliklərin edilməsi və kontragentlərlə razılaşdırılması (danışıqların aparılması);Müqavilə işinin aprılmasını təhlil etmək, struktur bölmələrdə müqavilə işinin vəziyyətini yoxlamaq, ayrı-ayrı müqavilə növlərinin notariat qaydasında təsdiqlənməsini və (və ya) dövlət qeydiyyatına alınmasını təmin etmək;İcra və probasiya orqanlarından daxil olmuş icra məktublarını, sənədlərini hüquqi analiz etmək və aidiyyəti üzrə sruktur bölməyə təhvil vermək;Məhkəmə işləri üzrə icra işlərini təqib etmək və nəzarətdə saxlamaq;Kontragentlərə və digər borclulara qarşı pretenziyaların və iddiaların hazırlanması, həmçinin apellyasiya və kassasiya şikayətlərinin tərtib edilməsi, iddiaya qarşı yazılı etirazların verilməsi və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək;Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak etmək, qərarlardan şikayət vermək;Şirkətin struktur bölmələrini, ayrı-ayrı mütəxəssislərini onların fəaliyyətinə aid normativ aktlarda baş vermiş dəyişikliklərlə tanış etmək və məlumatlandırmaq;Şirkətə aidiyyəti olan törəmə şirkətlərin və xarici hüquqi şəxslərin hüquqi işlərini koordinə etmək.Zərurət olduğu təqdirdə ezamiyyətdə olmaq və hərraclarda iştirak etmək;Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək. TələblərAli Hüquq təhsili olmalı;Hüquq sahəsində ən azı 3 il iş təcrübəsiRus dilini yüksək səviyyədə bilmək;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
