Vakansiya haqqında
Vəzifə öhdəlikləriCəmiyyətin hüquqi fəaliyyətinin təşkili və hüquqi risklərin idarə olunması; Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi müşayiətin təmin edilməsi; Korporativ, satınalma, xidmət, əməkdaşlıq, məxfilik, tərəfdaşlıq və digər müqavilələrin, memorandumların, əmrlərin, qərar layihələrinin, daxili normativ və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib olunması, hüquqi təhlili, ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət edilməsi;Müqavilələr üzrə hüquqi risklərin qiymətləndirilməsi və risklərin minimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması; Normativ hüquqi aktların təhlili və tətbiqi ilə bağlı hüquqi araşdırmaların aparılması; Hüquqi rəylərin və prosessual sənədlərin hazırlanması; Dövlət qurumlarından, özəl şirkətlərdən daxil olan sorğuların və məktubların cavablandırılması; Struktur bölmələrə hüquqi məsləhət və metodoloji dəstəyin göstərilməsi; Hüquq şöbəsinin fəaliyyətinin idarə olunması, əməkdaşların fəaliyyətinə nəzarət və iş bölgüsünün təşkili; Qanunvericilikdə edilən dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə tətbiqinin təmin edilməsi; Daxili prosedur, əsasnamə və qaydaların hazırlanması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi; Korporativ idarəetmə prinsiplərinin tətbiqinə hüquqi dəstəyin göstərilməsi; Hüquqi hesabatların və rəhbərlik üçün analitik arayışların hazırlanması. Namizədə tələblər:Hüquq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür); Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;Hüquq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi; Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir; Korporativ hüquq, müqavilə hüququ və inzibati hüquq sahələri üzrə dərin biliklər; Müqavilələrin hazırlanması və hüquqi ekspertizasının aparılması üzrə praktiki təcrübə; Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini yüksək səviyyədə bilməsi;Yüksək idarəetmə, liderlik və komanda idarəetmə bacarığı;Güclü hüquqi təhlil, araşdırma və analitik düşünmə qabiliyyəti; Operativ qərarvermə bacarığı; Dəqiqlik, məsuliyyətlilik;Yüksək etik standartlar və konfidensiallıq prinsiplərinə sadiqlik;Stresə davamlılıq və çevik qərarvermə qabiliyyəti;Komandada işləmək və effektiv koordinasiya bacarığı;Ünsiyyət və təqdimat bacarığı.Peşəkar yanaşma və nəticəyönümlü fəaliyyət;MS Office proqramlarında sərbəst işləmək bacarığı. İş rejimi:5 günlük iş qrafikiİş saatı 09:00-18:00-dək
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
