Vakansiya haqqında
📍Sea Breeze Resort & Residencesİş şəraitiİş yeri: Sea Breeze Resort, Nardaran, Bakıİş rejimi: Tam iş günüVəzifə öhdəlikləri:Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi və hüquqi risklərin azaldılması;Müəssisədaxili hazırlanan əmr, təlimat, əsasnamə, standart, protokol və digər hüquqi sənədlərin hüquqi ekspertizasının aparılması;Müqavilələrin hazırlanması, hüquqi rəy verilməsi və müqavilə prosesinə nəzarət;Zərurət yarandıqda hüquqi arayışların və rəylərin hazırlanması;Rəhbərliyə və struktur bölmələrə hüquqi məsləhət və tövsiyələrin verilməsi;Qüvvədə olan qanunvericiliklə bağlı ortaya çıxan ziddiyyətlərin təhlili və aradan qaldırılması;Şirkətin məhkəmə işlərinin araşdırılması, tələb olunan hüquqi tədbirlərin görülməsi və nümayəndəlik;Sea Breeze rezidentləri ilə hüquqi münasibətlərin tənzimlənməsi, müqavilə öhdəliklərinə nəzarət və mülki-hüquqi məsələlər üzrə dəstək;Daxili prosedur və layihələr üzrə hüquqi risklərin müəyyən edilməsi və idarə edilməsi;Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və müvafiq tövsiyələrin verilməsi;Risk və Compliance (Uyğunluq) proseslərinə dəstək, daxili qaydaların qanunvericiliyə uyğunluğunun yoxlanılması;İşçilərin hüquqi mövzularda maarifləndirilməsi və təlimlərin təşkili, o cümlədən müqavilə, etik davranış, şəxsi məlumatların qorunması və digər hüquqi istiqamətlər üzrə məlumatlandırma;Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və hüquqi risklərin minimuma endirilməsi.Namizədə tələblər:Hüquq ixtisası üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);Hüquq sahəsində minimum 5 il iş təcrübəsi;Risk və Compliance sahəsində təcrübə üstünlük hesab olunur;Mülki, korporativ, əmək və vergi hüququ üzrə biliklər;Hüquqi sənədləşmə, müqavilələrin hazırlanması və rəyvermə bacarığı;MS Office proqramlarında sərbəst işləmək bacarığı;Azərbaycan və Rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili üstünlükdür);Analitik düşüncə, detallara diqqət, təşəbbüskarlıq və yüksək məsuliyyət.Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
