Vakansiya haqqında
“AZERA Holdingin” tərkibində fəaliyyət göstərən Nanə Garden & Nanə pub restoran şəbəkəsinə HR Menecer axtarılır.Vəzifə öhdəlikləri:İşçi tələbatının müəyyənləşdirilməsi və işə qəbul planının hazırlanması;Vakansiyaların elan edilməsi, namizədlərin axtarışı, seçilməsi və müsahibələrin keçirilməsi;Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin təşkili;Kadr sənədlərinin hazırlanması və düzgün şəkildə idarə olunmasına nəzarət;Əmək qanunvericiliyinə uyğun olaraq HR proseslərinin icrası;İşçilərin performansının qiymətləndirilməsi və inkişaf proqramlarının hazırlanması;Təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərin təşkili;Motivasiya və korporativ mədəniyyət tədbirlərinin həyata keçirilməsi;İşçi dövriyyəsinin təhlili və azaldılması istiqamətində tədbirlərin görülməsi;Şöbə rəhbərləri ilə sıx əməkdaşlıq edərək insan resursları strategiyalarının həyata keçirilməsi;Aylıq və dövri HR hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi.Tələblər:İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;Restoran sektorunda ən azı 1 il iş təcrübəsi;Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;İşə qəbul, performans idarəetməsi, adaptasiya və təlim prosesləri üzrə təcrübə;MS Office proqramlarında sərbəst işləmək bacarığı;Yüksək səviyyədə ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;Komandada işləmək və prosesləri effektiv idarə etmək bacarığı;Analitik düşünmə və problemlərin operativ həlli bacarığı.Şəxsi keyfiyyətlər:Məsuliyyətli və təşəbbüskar;Liderlik və qərarvermə bacarıqları;Nəticəyönümlü və operativ;Yüksək etik davranış və məxfilik prinsiplərinə riayət edən.İş şəraiti:Əmək haqqı: 1200 AZN (net)İş qrafiki: 5 günlük iş həftəsiNahar şirkət tərəfindən təmin edilirPeşəkar inkişaf və karyera yüksəlişi imkanlarıDinamik və inkişaf yönümlü iş mühitiMaraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində "HR Menecer" qeyd etmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
