Vakansiya haqqında
Əziz məzunlar,*AZROKSAN* şirkəti İnsan Resursları sahəsində praktiki biliklər qazanmaq və peşəkar karyera qurmaq istəyən, motivasiyalı namizədləri HR İntern vəzifəsinə dəvət edir. Bu vakansiya HR sahəsində möhkəm təməl yaratmaq üçün əla fürsətdir.Əsas vəzifə öhdəlikləri:✔️İşə qəbul prosesində dəstək (CV-lərin yoxlanılması, namizədlərlə əlaqə, müsahibələrin təşkili)✔️Əməkdaşlara aid sənədlərin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi✔️Onboarding və adaptasiya proseslərinə dəstək✔️HR məlumat bazası ilə işləmək və sadə hesabatların hazırlanması✔️Daxili kommunikasiya və əməkdaşların cəlb olunması (engagement) fəaliyyətlərində iştirak✔️HR komandası tərəfindən tapşırılan digər inzibati işlərin icrasıTələblər:✅Ali təhsilini yeni bitirmiş bakalavr və ya magistr təhsili alan tələbə✅İnsan Resursları sahəsinə güclü maraq və öyrənməyə həvəs✅MS Office proqramları üzrə baza bilikləri✅Yaxşı ünsiyyət və təşkilatçılıq bacarıqları✅Diqqətli, məsuliyyətli və komandada işləmə bacarığı✅İngilis dili biliyi üstünlükdür📨Müraciət qaydası:Maraqlanan namizədlər CV-lərini career@azroksan.az elektron ünvanına, mövzu hissəsində “HR Intern” qeyd etməklə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
