Vakansiya haqqında
Arzum Beauty HR / İnsan resursları Mütəxəssisi vakansiyasını elan edir.Vəzifə öhdəlikləri:Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşmənin aparılması, 1C proqramında və e-hökumət portallarında müvafiq əməliyyatları icra etmək;Heyətin şəxsi işlərini formalaşdırmaq, sənədlərin kağız və rəqəmsal daşıyıcılarda (1C) toplanıb saxlanmasını təmin etmək;İşçilərin anket məlumatlarının (staj, imtiyaz, ailə tərkibi, əlillik, hərbi xidmət və s.) uçotunu aparmaq və bu məlumatlara uyğun qanunvericiliyin tələblərini yerinə yetirmək;Məzuniyyətlərin uçotunu aparmaq, işçilərin vaxtı-vaxtında məzuniyyətə çıxmasına nəzarət etmək. Əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət əmrlərinin işləmək, müvafiq sənədləşməni və 1C proqramında əməliyyatları icra etmək;Səlahiyyətli şəxslə razılaşdırıb vakansiya elanlarını hazırlamaq, yerləşdirmək;Namizədlərin seçimini, müsahibələri təşkil etmək;Seçilmiş namizədlərə iş təkliflərini, vəzifə təlimatlarını hazırlayıb təqdim etmək.Adaptasiya mərhələlərini təşkil və icrasına nəzarət etmək (Onboarding – sınaq dövrünün yekunlaşması).Davamiyyətin qeydiyyatını və aylıq tabelləri hazırlamaq (1C proqramında icra etmək, sənədləşməni təmin etmək), heyətin nizam-intizamına nəzarət;Tələb olunan bilik, bacarıq və səriştələr:İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;İnsan resursları sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin (xüsusən Əmək qanunvericiliyinin) tələblərini bilmək və tətbiq etmək;İnsan resursları sahəsində sənədləşmə işlərinin aparılmasını müvafiq təlimatların tələblərinə uyğun təmin etmək;Əmək haqqının hesablanması qaydaları və normalarını bilmək (1C 8.3 – İnsan resursları prosedurları və əmək haqqı hesablanması) və tətbiq etmək;MS Office proqramlarından (xüsusilə Word, Excel) sərbəst istifadə;Azərbaycan, İngilis, Rus dili (səlis, işgüzar, yazılı və şifahi ünsiyyət)Şəxsi keyfiyyətləri:Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;Adaptiv ünsiyyət, stresə davamlılıq, həll yönümlü qərar verə bilmək bacarığı;Prioritetləşdirmə, vaxtın planlanması;Komandada effektiv işləmək bacarığı;Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək.Əlavə məlumatlar:İş qrafiki: 5 gün, 09:00 –dan 18:00-dək.İş yeri: Azure Business Center
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
