Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;ƏMAS sistemində dəyişikliklərin edilməsi;Əmək haqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə, təzminat, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi);Aylıq iş vaxtının uçot tabelinin hazırlanması;Əməkhaqqı kartlarının sifarişinin verilməsi;Əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi;Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavablandırılması;Vəzifə təlimatlarının yazılması;Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı;Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi.Namizədə tələblər:Əlaqədar sahə üzrə bakalavr dərəcəsi;Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı;Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;MS Office proqramlarını sərbəst istifadə bacarığı;İnsan resursları sahəsində azı 2 il iş təcrübəsi;Yaş həddi: 25–30;Məsuliyyətli, öyrənməyə həvəsli və güclü təşkilatçılıq bacarığı.İş şərtləri:09:00–18:00 / 5 günlük iş həftəsi;İstirahət günləri: şənbə və bazar günü;İş yeri ünvanı: Bakı şəhəri, Xətai rayonu, AGA Center (Xətai metrosuna 5 dəqiqəlik məsafə).Istanbul TeknikMaraqlanan namizədlər CV-lərini huseynhuseynov@istanbulteknik.com elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
