Vakansiya haqqında
“AZERA Holding” MMC tərkibindəki Hill restoranında Hostess vakansiyasını elan edir.İş haqqında məlumat:Restorana daxil olan müştəriləri qarşılamaq;Müştərilərdə restoran barədə ilkin xoş təəssürat yaratmaq;Müştərilərin üst geyimlərinin qarderoba verilməsini təşkil etmək;Müştərilərə az yaşlı uşaqlar üçün dayə xidməti təklif etmək, qəbul edilərsə bu xidməti təşkil etmək;Müştəriləri rezervasiya olunmuş masalara yönəltmək və ya rezervasiya olmadan gələn qonaqların boş masaya yerləşdirilməsi üçün tədbir görmək;Qonaqların istək və şikayətləri ilə maraqlanmaq, restoran rəhbərini və administratorları bu barədə məlumatlandırmaq;Rezervasiya olunmuş və boş masaların yeri barədə əvvəlcədən məlumat almaq;Restoran rəhbərinə qonaqların sayı, rezervasiya olunmuş yerlərin doluluğu və əlavə müştərilər barədə gündəlik, ehtiyac olduqda dərhal məlumat vermək;Restorandan çıxan qonaqların üst geyimlərinin verilməsinin və yola salınmasını təmin etmək;Təkrar və xüsusi müştəriləri tanımaq və onlara xüsusi diqqət göstərmək.Tələblər:Orta ixtisas və ya ali təhsil ( Xidmət, turizm, menecment sahəsi olması üstünlükdür)Müvafiq sahə üzrə 1 il iş təcrübəəsi ( müştəri xidmətləri)Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür.MC Office proqram biliyi üstünlükdür Hostess xanımlar incə bədən quruluşlu boyu 165 sm-dən çox, yüksək ünsiyyət bacarığına malik olmalıdır.İş şərtləri:ƏM-nə uyğun rəsmiləşdirilmə 6 günlük iş qrafiki ( 08:00-16:00)Əmək haqqı: 800 AZN (Nett)Nahar şirkət tərəfindən təmin olunur.CV-nizi “Hostess” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
