Vakansiya haqqında
Mamajan Restoranlar Şəbəkəsi komandamıza gülərüz, ünsiyyətcil və məsuliyyətli Hostes xanım axtarır.Öhdəliklər:• Qonaqların qarşılanması və müvafiq şəkildə yönləndirilməsi;• Yüksək keyfiyyətli müştəri xidmətinin göstərilməsi;• İş zamanı səliqəli və baxımlı görünüşün qorunması;• Daxil olan zənglərin cavablandırılması;• Qonaqların xidmət və yeməklərlə bağlı rəy və müraciətlərinin qəbul edilməsi və rəhbərliyə çatdırılması;• Restoranda qonaq məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasına dəstək olmaq.Namizədə tələblər:• Hostes və ya restoran sahəsində iş təcrübəsi mütləqdir;• Səliqəli, məsuliyyətli və diqqətli olmaq;• Komandada işləmək bacarığı;• Dinləmə mədəniyyəti və etik davranış qaydalarına riayət etmək;• Ünsiyyətcil, gülərüz, pozitiv və nəzakətli olmaq;• Komandanın üzvü kimi məsuliyyətli fəaliyyət göstərmək;• Ehtiyac yarandıqda digər əməkdaşlara dəstək olmaq;• Dil bilikləri: Azərbaycan dili və rus dili — sərbəst; ingilis dili — arzuolunandır.Təminatlar:📄 Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;💰 Əmək haqqı: 700-800 AZN;🍽️ Nahar şirkət tərəfindən təmin olunur;📅 Həftədə 1 gün istirahət;⏰ İş qrafiki: 10 saat.📍 İş yeri: Gənclik və 28 may filialları📩 Müraciət üçün: CV-nizi mövzu hissəsində “Hostes” qeyd etməklə hr.mamajan@gmail.com elektron poçt ünvanına göndərin.MAMAJAN komandasında karyeranıza başlayın!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
