Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklərSaxlama çənlərinin montajı və qaldırılması işlərinin hidravlik qaldırma (domkrat) sistemi vasitəsilə təhlükəsiz və düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək;Hidravlik qaldırma və ona aid avadanlıqların gündəlik, həftəlik və aylıq yoxlanılmasını həyata keçirmək;Avadanlıqların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;Qaldırma əməliyyatlarını təşkil etmək və əməliyyat zamanı işlərin təsdiq edilmiş qaldırma planına uyğun aparılmasına nəzarət etmək;Qaldırma prosesi zamanı hidravlik təzyiqi, yükü və sistemin dayanıqlığını davamlı şəkildə izləmək;Hidravlik qaldırma sisteminin düzgün quraşdırılmasına, istismarına və texniki parametrlərinin tələblərə uyğun saxlanılmasına nəzarət etmək;Saxlama çənlərinin qaldırılması zamanı sistemin təhlükəsiz və sabit vəziyyətdə saxlanılmasını təmin etmək;Mexaniki, montaj və SƏTƏM komandaları ilə koordinasiyalı şəkildə işləmək;Qaldırma və montaj işləri zamanı yaranan texniki problemləri operativ müəyyənləşdirmək və həllinə dəstək olmaq;İşlərin layihə sənədlərinə, texniki prosedurlara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək;Avadanlığın yoxlanılması və görülən işlərlə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;İş zamanı təzyiq altında çalışan sistemlərin təhlükəsizliyinə və dayanıqlığına nəzarət etmək;Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.Namizədə tələblərTexniki, mexaniki və ya mühəndislik istiqaməti üzrə təhsil;Çənlərin montajı və qaldırılması işləri üzrə müvafiq iş təcrübəsi;Hidravlik domkrat sistemləri ilə qaldırma əməliyyatları üzrə praktiki təcrübə;Ağır yüklərin qaldırılması və montajı üzrə iş təcrübəsi;Hidravlik sistemlər və təzyiq altında işləyən qaldırma avadanlıqları üzrə bilik;Qaldırma planları, texniki prosedurlar və iş sənədləri ilə işləmək bacarığı;SƏTƏM qaydaları və təhlükəsiz qaldırma əməliyyatları üzrə bilik;İşçi heyətinin idarə edilməsi və işlərin koordinasiyası bacarığı;Operativ qərarvermə və problem həll etmə bacarığı;Neft-qaz, neft emalı, EPC, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsi üstünlükdür.Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
