Vakansiya haqqında
NBCO Kredagro Helpdesk vakansiyasını elan edir. Vəzifə və öhdəliklər:İstifadəçilərdən daxil olan texniki sorğuların qəbul edilməsi (telefon, e-mail və ya ticket sistemi vasitəsilə).Noutbuk, printer, skaner və digər İT avadanlıqlarındakı nasazlıqların ilkin diaqnostikası və aradan qaldırılması.Windows, MS Office və korporativ proqram təminatı üzrə ilkin texniki dəstəyin göstərilməsi.Şəbəkə bağlantısı, internet, VPN və daxili resurslara giriş problemlərinin araşdırılması və həll edilməsi.İstifadəçilərə parol bərpası, hesabların aktivləşdirilməsi və giriş hüquqlarının verilməsi.Müraciətlərin qeydiyyatı və icra vəziyyətinin izlənməsi (ticket sistemi və ya daxili jurnalla).Həll olunmayan texniki məsələlərin aidiyyəti üzrə 2-ci və ya 3-cü səviyyəli dəstək komandasına yönləndirilməsi.İT avadanlıqlarının inventarizasiyasının və qeydiyyatının aparılması.Yeni işçilər üçün iş mühitinin hazırlanması: kompüter, e-mail, giriş hüquqları, zəruri proqram təminatının qurulması.İstifadəçilərə texniki mövzularda qısa təlimlərin keçirilməsi və tövsiyələrin verilməsi.Tələblər:İT sahəsində baza biliklər (hardware, software, şəbəkə əsasları).Ali və ya orta texniki təhsil (arzuolunandır).Windows əməliyyat sistemi və Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.Texniki problemlərin analizi və həllinə yönəlik yanaşma.Yüksək ünsiyyət bacarığı, səbirli və məsuliyyətli olmaq.Azərbaycan və rus dillərində sərbəst danışıq; ingilis dili biliyi üstünlükdür.Üstünlük sayılacaq:IT Helpdesk və ya texniki dəstək sahəsində iş təcrübəsi;Servis və ya ticket sistemləri (məsələn: OTRS, Zendesk, Jira və s.) ilə iş təcrübəsi;Aktiv, komandada işləmə bacarığı və öyrənməyə meyllilik.Biz təklif edirik:Peşəkar inkişaf və karyera yüksəlişi imkanlarıRəqabətqabiliyyətli əməkhaqqıPeşəkar mütəxəssislərdən ibarət komandada iş imkanıİş şəraiti:İş qrafiki: (Bazar ertəsi - Cümə / Tam ştat)Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilməKorporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilməVakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Helpdesk) qeyd etməklə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
