Vakansiya haqqında
"Gədəbəy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi / Poliklinika şöbəsi / Həkim-uroloqÜmumi müsahibəŞöbə: Poliklinika şöbəsiVəzifə: Həkim-uroloqİxtisas: Urologiya Vəzifə öhdəlikləri: · Bu vəzifə təlimatı həkim-uroloqun vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.· Həkim-uroloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ixtisas üzrə peşə hazırlığı keçmiş şəxs təyin edilir. Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində (xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə müəyyən edilmiş qaydada “urologiya” ixtisası üzrə peşə hazırlığı keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik şəxs təyin edilir.· Həkim-uroloq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.· Həkim-uroloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.· Həkim-uroloq aşağıdakıları bilməlidir:· Azərbaycan Respublikasının Respublikasının səhiyyə haqqında Konstitusiyasını, qanunvericiliyinin Azərbaycan əsaslarını; müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;· Xəstəxana səhiyyə və ambulator-poliklinik müəssisələrində, təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını;· Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını;· Urologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri; · Öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını; 207 dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;· Tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;· Həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını;· İnsan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;· Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;· Sanitar-maarifləndirmənin əsaslarını;· Daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını. · Əmək haqqı: Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir. Başlama tarixi:14.01.2026 |Bitmə tarixi:04.02.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
