Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Həkim-terapevt (Şəmkir)

ŞəmkirMənbə: Work.az

Vakansiya haqqında

DTSERA-dan vakansiyalar : Həkim-terapevt tələb olunurVəzifə öhdəlikləri:– Zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması;– Stasionarda xəstəyə gündəlik baxışın keçirilməsi;– Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməsi;– Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımın göstərilməsi;– Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etməsi;– Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməsi;– Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etməsi;– Öz işinin planlaşdırılması və öz fəaliyyətinin göstəricilərini təhlil etməsi;– Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etməsi;– Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edilməsi;– Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edilməsi, mütəmadi olaraq öz ixtisasını artırılması;– Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsinin təşkil edilməsi.Namizədlərə tələblər:– Təhsil: Ali;– İş təcrübəsi: 1-3 il– Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək;– MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.İş şərtləri:– İş qrafiki: 6 günlük iş rejimi– İş yeri: Şəmkir– İllik performans göstəricilərinə uyğun mükafat sistemi;– Kollektiv mükafat.Əmək haqqı:– Aylıq məvacib 2000-2400 manat NET təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyatMüraciət üçün:– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Həkim-terapevt-Şəmkir” qeyd edərək dtsera_cv@sosial.gov.az epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.