Vakansiya haqqında
TəsvirVəzifə öhdəlikləri: Beynəlxalq daşınmalar-idxal və ixrac əməliyyatları şöbəsi tərəfindən göndərilən yük sənədlərinin düzgünlüyünün yoxlanması və gömrükləməyə qədər hazırlanması;Gömrük idxal və ixrac bəyannamələrinin düzgünlüyünün yoxlanılması və vaxtında rəsmiləşdirilməsinin həyata keçirılməsi;E-gov.az portalından yüklərin sərhədi keçməsini izləyib, verilən barkodların yük sərhədi keçdikdən sonra, gecikdirilmədən idxalın rəsmiləşdirilməsinin həyata keçirilməsi;Bakı Baş Gömrük İdarəsi tərəfindən geri qaytarılan, eləcə də, uyğunsuzluq aşkarlanan bəyannamələrin səbəbini araşdıraraq problemin aradan qaldırılmasının təmin edilməsi;Zərurət yarandığı halda terminallardan yüklərin çıxarılması və anbara təhvil verilməsi üçün lazımi işlərin görülməsi;Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanıb, təqdim olunması. İş şəraiti: İş günləri: I-V günlər;İş saatı: 09:00-18:00Tələblər Tələblər: Ali təhsil;Azərbaycan dili (əla), Rus və İngilis dilləri biliyi orta səviyyədə;Müvafiq sahədə minimum 2 il iş təcrübəsi arzuolunandır;Gömrük qanunvericiliyi sahəsində nəzəri biliklərinin olması ;İdxal, ixrac prosesi və logistik və broker əməliyyatlar haqqında ümumi anlayışın olması;Incoterms biliklərin olması (2010/2020);Microsoft Office proqramlarını bilməsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
