Vakansiya haqqında
Təsvir - Rəhbərliyin verdiyi tapşırıqları vaxtlı-vaxtında və dəqiq yerinə yetirmək;- Təhlükəsizlik qaydalarına əməl etmək;- Verilmiş xüsusi geyim, avadanlıq, cihazların və s. zədələnməsinə yol verməmək;- İş rejiminə əməl etmək;- Ümumi qayda-qanunu pozmamaq;- Elmi-tədqiqat işlərini qrup rəhbərinin göstərişi əsasında təhlükəsizlik təlimatlarına uyğun aparmaq;- Cihazların, alətlərin, xüsusi geyimlərin, müdafiə vasitələrinin saz vəziyyətdə saxlamaq;- Təhlükəsizlik alətlərinin saz olmasına diqqət yetirmək;- Dağ qazmalarında, mədənlərdə aparılan işlər zamanı təhlükəsizlik texnikası qaydalarına əməl etmək;- Nəqliyyat vasitəsinin istismarı zamanı yüklərin yerləşdirilməsinə və hərəkətin təhlükəsizlik qaydalarına əməl etmək;- Elmi-tədqiqat işlərinin təşkili haqqında təkliflər vermək;- Çöl ekspedisiya işlərinin başa çatması ilə yerinə yetirilmiş işlər və onların nəticələri haqqında hesabat təqdim etmək;- Ekspedisiya zamanı həftədə bir gün kamera işləri yerinə yetirmək; Tələblər - Minimum ali təhsil diplomu;- 1 ildən az olmayaraq iş stajı;- Xarici dil bilikləri – arzu olunandır;- Dövlət dilində mükəmməl və qüsursuz yazmaq qabiliyyəti;- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti.- Müasir cihaz və alətlərdən istifadə bacarığı;- Yerinə yetirdiyi işlərin rəqabət qabiliyyətli olması;- Layihələrin yüksək texniki şərtlərlə vaxtında və keyfiyyətlə tərtib edilməsi və yerinə yetirilməsi;- Çöl işləri zamanı bir sıra alət və cihazların xırda təmiri və s.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
