Vakansiya haqqında
Avant Group MTK şirkətinin tikinti layihələri üzrə komandası üçün Geodeziya Mühəndisi Köməkçisi axtarılır.Vəzifə öhdəlikləri:Sahədə geodeziya mühəndisinə ölçmə işlərində kömək etmək.Cihazların (total station, GPS, nivelir) qurulması, yığılması və daşınması prosesində dəstək vermək.Layihə üzrə verilmiş nöqtələrin, oxların və hündürlüklərin yerinin sahədə işarələnməsinə kömək etmək.Ölçmələr zamanı tələb olunan avadanlıq və işarələrin hazırlanması.Geodeziya xəritələrinin və ölçü məlumatlarının düzgün toplanmasına yardım etmək.Geodeziya mühəndisinin tapşırığı ilə sadə topoqrafik ölçmələr aparmaq və ilkin məlumatları qeydə almaq.Cihazların təmizliyi, qorunması və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək.Ölçü məlumatlarının vaxtında və düzgün şəkildə təqdim edilməsi.Sahədə aparılan işlərin koordinasiyasında mühəndis heyətinə kömək etmək.Günlük işlər barədə qısa hesabatlar hazırlamaq və mühəndisə təqdim etmək.İş şəraiti:İş qrafiki: 6/1, 09:00–18:00Nahar şirkət tərəfindən təmin olunurƏmək haqqı: 800–1000 AZNTələblər:Ali və ya orta ixtisas təhsili (Geodeziya, inşaat və ya əlaqədar sahə).Tikinti sahəsində iş təcrübəsi üstünlükdür.AutoCAD bilikləri üstünlükdür.Sahədə işləməyə fiziki və texniki hazırlıq.Geodeziya cihazları ilə işləmə bacarığına sahib olmaq (öyrədiləcək).Dəqiqlik, məsuliyyət, öyrənməyə həvəs və komanda ilə işləmə bacarığı.Yaş: 25–40Cins: KişiƏlaqə:Əlaqədar şəxs: Vusala RəcəbovaTelefon: 0552055296E-mail: vusala.racabova@avantgroup.az
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
