Vakansiya haqqında
Təsvir·Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak edir;Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlayır və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edir;Kiçik və Orta biznes kreditləri üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin edir;Mövcud müştərilərin “İnternet Bankçılıq” xidməti, Cağrı mərkəzinə zənglər və digər vasitələrlə daxil olan sorğularını qəbul edir, araşdırır, cavablandırır, zərurət olduqda aidiyyatı struktura yönləndirir, icrasına nəzarət edir;Bankın yeni məhsul və xidmətləri barədə mövcud kiçik və orta biznes seqmentinə aid müştəriləri məlumatlandırır;Mərkəzi Bank, dövlət qurumları tərəfindən və digər aidiyyatı sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya edir;Bank üzrə məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak edir;Bölmə rəhbəri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirir, bölmənin fəaliyyətinə aidiyyatı olan digər işləri görür.TələblərAli təhsil;Bank işi və ya satış sahəsində 5 illik iş təcrübəsi;Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);Azərbaycan dilini əla və rus dilini yaxşı səviyyədə bilmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
