Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Gəlirlər üzrə mühasib (AR & Income Auditor)

ŞuşaMənbə: Work.az

Vakansiya haqqında

Shusha Hotel CompanyTəsvirOtelin kredit siyasətini izləmək, tətbiq etmək və bütün qrup hesablarının imzalanmış müqavilələrə uyğunluğunu yoxlamaq.Bütün hüquqi müştərilərin sənədlərini tam və vaxtında yeniləməklə düzgün qeydiyyatın aparılmasını təmin etmək.Müştəri depozitlərinin, avans ödənişlərinin düzgün uçotunu aparmaq və lazımi hallarda bu məlumatları müvafiq şöbələrlə bölüşmək.Gündəlik gəlir hesabatlarını hazırlamaq, POS və Front Office əməliyyatlarını yoxlamaq, şöbələr üzrə gəlir axınlarını analiz edərək düzgünlüyünü təsdiqləmək.Banket, otaq dəyişiklikləri, fitness üzvlüyü, işçi və əyləncə çekləri kimi əlavə gəlir növlərini gündəlik auditə cəlb etmək.Endirim və güzəşt əməliyyatlarını izləmək, təsdiq üçün müvafiq şöbə rəhbərlərinə təqdim etmək, qüvvəsini itirmiş çekləri yoxlamaq.Qonaq folioları və POS çeklərini sistemə əsasən yoxlayaraq qonağa təqdim olunmasını təmin etmək.Kredit kartı ödənişləri və kassir əməliyyatlarını gündəlik nəzarətdə saxlamaq, uyğunsuzluqları vaxtında aradan qaldırmaq.Ayda iki dəfə kredit görüşləri üçün hesabat hazırlamaq, protokollar tərtib edərək rəhbərliyə təqdim etmək.Yeni hüquqi hesablar yaratmaq, borclu şirkətlərin izlənməsi və hesabların bağlanması üzrə tədbirlər görmək.Ay sonu bağlanış prosedurlarında iştirak etmək, gəlir sənədlərini düzgün arxivləşdirmək və istənilən audit zamanı təqdim olunmağa hazır vəziyyətdə saxlamaq.Qrup rezervasiyaları üçün hesablamaları yoxlamaq, müqaviləyə uyğun olaraq otaq qiymətləri və əlavə xidmətlərin düzgün tətbiq olunduğuna əmin olmaq.Qonaqların öz aralarında etdiyi dəyişikliklərin təsirini qiymətləndirmək və gəlir bölünməsində yarana biləcək uyğunsuzluqları düzəltmək.Rezervasiya sistemində paketlərin dəyişdirilməsi zamanı ehtiyatlı olmaq və yalnız zəruri hallarda müdaxilə etmək.Hər bir rezervasiyada xidmətlərin sayının düzgün qeyd olunmasına nəzarət etmək.Sistemlərarası (OPERA, Micros və s.) inteqrasiyanı izləmək və məlumatların uyğunluğunu təmin etmək.İdarəçilik üçün tələb olunan digər maliyyə hesabatlarını, aylıq təhlilləri və statistik rəqəmləri hazırlamaq. Tələblər§ Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.§ Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.§ Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.§ Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.§ Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.§ Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.§ Ölkənin qanunvericiliyinə riayət etmək.§ Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.§ Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.§ Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.§ Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.§ Otelin Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.