Vakansiya haqqında
İş şəraitiİş qrafiki: NövbəliÜnvan: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 206/466Tələblər: Orta təhsil Təhlükəsizlik sahəsində ən azı 1 il təcrübə arzuolunandır.Yaxşı fiziki hazırlıq və növbəli (gecə/gündüz) iş rejimində çalışmaq bacarığı.Gərgin və fövqəladə hallarda soyuqqanlı davranmaq və operativ qərar vermək bacarığı.Təhlükəsizlik prosedurlarına riayət etmək, şübhəli halları vaxtında aşkar etmək və hadisələrə düzgün reaksiya vermək.Diqqətli, məsuliyyətli, etik davranışlı olmaq və komandada işləmə bacarığı. İşin təsviri:Fasiləsiz olaraq texniki sistemlər vasitəsilə Bankın etibarlı mühafizəsini və Bankda tətbiq olunmuş buraxılış rejimini müvafiq qaydada təşkil edir, bu istiqamətdə zəruri tədbirləri həyata keçirir;Bankın bütün struktur bölmələrində buraxılış rejimlərinin təmin edilməsinin monitorinqi üçün yoxlamalar və profilaktik işlər aparır;Bankda nağd vəsaitlərin və qiymətlilərin qəbulu, daşınması, eləcə də qorunması istiqamətində işin təşkilində iştirak edir;Fövqəladə hadisələr zamanı tərtib olunmuş “xəbərdarlıq sxemi” üzrə Bankın məsul işçilərini məlumatlandırır, Təxliyyə planı əsasında fövqəladə hallar zamanı işçilərin evakuasiyasını təmin edir;Bankın Baş Ofisi, filial və şöbələrində quraşdırılmış mühafizə, yanğın-həyəcan və videonəzarət sistemlərinin qüsursuz işləməsinə, bu avadanlıqlar vasitəsilə Bankın mühafizəsinin təmin edilməsinə mütəmadi olaraq nəzarəti həyata keçirir;Bankın Baş Ofisi, filial və şöbələrində videonəzarət sistemləri ilə qeydə alınan çəkilişlərin keyfiyyətli, tam və dolğun şəkildə aparılmasını və saxlanılmasını təmin edir;Müəyyən texnoloji vasitələrin köməyi ilə inkassator maşınlarının marşrut üzrə hərəkətinə nəzarət edir.Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fiziki təhlükəsizlik üzrə növbətçi” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
