Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Fiziki şəxslərə xidmət üzrə Mütəxəssis

BərdəMənbə: Work.az

Vakansiya haqqında

TəsvirBankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi;İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində “undewriter” və s.) göndərilməsinin təmin edilməsi;Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi;Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;Müştərilərin ödəniş sənədlərinin XÖHKS, AZİPS, SWİFT sistemlərində modifikasiya edilməsi;Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması;Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi;Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması;İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi.TələblərAli təhsil;İş təcrübəsi - Bank sahəsində minimum 1 il;Ünsiyyət qurmaq və satış bacarığı;Riyazi biliklər;Komandada işləmək bacarığı.Biz Sizə nə təklif edirik Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;Könüllü tibbi sığorta proqramına qoşulma;Yığım sığortasına qoşulma imkanı;Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.