Vakansiya haqqında
TəsvirBankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi.Ərazi üzrə yeni fiziki şəxs müştərilərinin banka cəlb edilməsi;İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi;İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində “undewriter” və s.) göndərilməsinin təmin edilməsi;Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi;Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması;Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi;Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi;Müştərilərə bankın daxili standartlarına və tələblərinə uyğun yüksək səviyyəli xidmətin göstərilməsi;Bank kartlarının sifarişinin icra edilməsi;Struktur bölmə rəhbərinin və kuratorun öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin, həmçinin Bankın normativ sənədləri ilə müəyyən edilmiş digər funksiyaların yerinə yetirilməsi;Daxil olan bank kartlarının qəbul edilməsi və balansdankənar uçota alınması;Zəruri sənədlərin skan edilmiş sürətlərinin arxivləşdirilməsi;Əməliyyatlar üzrə limitlərin pozulmamasına və komisyon haqqların tariflərə uyğun tutulmasına nəzarət edilməsi;Kredit və overdraftlar üzrə qismən və tam ödənişlərin prosedurlara uyğun icra edilməsi;Bank əməliyyatları üzrə qanunvericilik, Mərkəzi Bankın və bankdaxili normativ sənədləri ilə bağlı baş verən dəyişikliklərin daim izlənilməsi və nəzarətdə saxlanılması;MXD müdiri və yə filial müdirinin aidiyyəti üzrə digər tapşırıqlarının yerinə yetirilməsi.TələblərTam orta təhsil;Azərbaycan dili səlis, rus dili arzuolunandır;Ünsiyyət qurmaq və satış bacarığı;Yaxşı riyazi biliklər;Ərazidə işləmə imkanı;İş şəraiti:Sərbəst iş qrafikiƏrazi üzrə müştərilərin cəlb olunmasıBiz Sizə nə təklif edirik? Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
