Vakansiya haqqında
Vakansiya haqqında İşçilərin fəaliyyətini qiymətləndirmək,onların karyera inkişafını dəstəkləmək və təşkilatın məqsəd və strategiyalarına uyğun inkişaf proqramlarınin icra edilməsinə dəstək olmaq bu rolun əsas hədəfidir. TələblərAli (bakalavr/magistr) təhsil;MS Office, Excel və İnternet resursları ilə işləmə bacarığı, SAP ilə işləmə təcrübəsi arzuolunandır;Azərbaycan dili; İngilis və Rus dili (arzu olunandır);Vahid komandada işləmək qabiliyyəti;Məsuliyyətli, diqqətli və yüksək motivasiyalı;Yaxşı kommunikasiya bacarığı.ÖhdəliklərƏməkdaşların fəaliyyət qiymətləndirilməsini həyata keçirmək;Əməkdaşların motivasiya ehtiyaclarını müəyyən etmək və nəticələri ilə işləmək;Performansın idarə edilməsi üzrə layihələrdə iştirak etmək;Dərəcələndirmə və performans əsaslı karyera inkişafı sisteminin həyata keçirilməsi və s.Təklif olunanlarİnkişaf imkanlarıDəstəkləyici mühitHaqqımızda Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır. Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
