Vakansiya haqqında
TəsvirAzərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq bölməsində Faktorinq üzrə kiçik mütəxəssis/mütəxəssis (İngilis və ya alman dili üzrə) vakansiyasını elan edir. Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır. Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər. Vəzifə öhdəlikləri: Müraciət etmiş müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılmasıMüştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsiMüştərilərin ödəmə qabiliyyətinin təhlil edilməsiMüqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsiPortfelə nəzarət və gündəlik ödəmələrin təqib edilməsiTələblərAli təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)21-35 yaş aralığıƏla səviyyədə İngilis dili və ya alman dili biliyiYaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyətYüksək ünsiyyətqurma və komandada işləmək bacarığıOfis proqramları (Word, Excel, Outlook) üzrə biliklərƏlavə məlumat· 5 günlük iş qrafiki: 10:00 – 19:00
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
