Vakansiya haqqında
Təsvir Müəyyən edilmiş qaydalara uyğun olaraq nağd pul vəsaitlərinin qəbulunu, verilməsini və hesablanmasını həyata keçirmək.Poçt-maliyyə xidmətləri çərçivəsində həyata keçirilən pul köçürmələri, ödənişlər və digər kassa əməliyyatlarını müvafiq prosedurlara uyğun icra etmək.Müvafiq səlahiyyətlər və daxili prosedurlar çərçivəsində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək.Kassa əməliyyatlarını müvafiq informasiya sistemində qeydiyyata almaq və əməliyyat məlumatlarının düzgünlüyünü təmin etmək.Kassa əməliyyatları üzrə mədaxil və məxaric sənədlərini düzgün rəsmiləşdirmək, müvafiq qeydləri aparmaq və hesabatları hazırlamaq.İş günü ərzində kassa qalığına nəzarət etmək, günün sonunda faktiki və sistem üzrə qalıqların uyğunluğunu yoxlamaq.Nağd pul vəsaitlərinin təhlükəsiz saxlanılmasını, kassa intizamına və müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.Müştərilərə göstərilən xidmətlər və əməliyyatların icra qaydaları barədə düzgün məlumat vermək, müraciətləri nəzakətlə cavablandırmaq.Əməliyyatlar zamanı yaranan uyğunsuzluqlar, səhvlər və şübhəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək.Müştəri məlumatlarının məxfiliyini qorumaq, daxili qaydalara və qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etmək. Tələblər· Ali və ya orta ixtisas təhsili. Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və bank işi üzrə təhsilə üstünlük verilir.· Kassir, xəzinədar, bank əməliyyatları və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır.· Nağd pul vəsaitlərinin hesablanması, kassa əməliyyatları və müvafiq sənədləşmə üzrə ilkin biliklər.· Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı.· Riyazi hesablamaları düzgün və operativ aparmaq bacarığı.· Kompüter və ofis proqramlarından, xüsusilə MS Excel-dən istifadə bacarığı.· Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi.· Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı.· Məxfilik, dürüstlük və daxili prosedurlara riayət etmək prinsiplərinə sadiqlik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
