Vakansiya haqqında
TəsvirRisklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək vermək;İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur böl mələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasında iştirak etmək;Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsində iştirak etmək;Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak etmək;Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak etmək;Risk nəzarət və özünü qiymətləndirmə (RCSA) alətinin tətbiqi;Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak etmək.TələblərAli təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);Bank və ya anoloji sektorunda 3 il iş təcrübəsi (Pərakəndə və korporativ məhsullar üzrə, komplayns, korporativ hüquq və ya audit sahəsində iş təcrübəsi üstünlük təşkil edir);Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;MS Ofis proqramları ilə işləmə bacarığı. MS Excel, SQL;ISO 31000 və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır;Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;Məsuliyyətlilik və dəqiqlik;Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
