Vakansiya haqqında
Təsvir· Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;· Bankın məhsul və xidmətlərinin təhlili;· Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;· Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;· Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.Tələblər· Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);· Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;· Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);· İngilis dili biliyi mütləqdir;· Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;· BI və Data analitika bilikləri;· Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;· Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;· Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər;· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;· Analitik düşünmə və tədqiqat bacarığı;· Yüksək qavrama və öyrənmə qabiliyyəti;· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
